Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb

27.03.2020 16:17

Ermənistanda koronavirus infeksiyasına yoluxanların sayı artmaqdadır.

Xezerxeber.az xəbər verir ki, martın 27-nə olan məlumata görə, bu ölkədə koronavirusa yoluxanların sayı daha 39 nəfər artaraq 329-a çatıb.

Martın 26-da Ermənistanda koronavirusdan ilk ölüm faktı da qeydə alınıb.

Qeyd edək ki, koronavirusla əlaqədar Ermənistanda fövqəladə vəziyyət elan olunub.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR