Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib

27.03.2020 14:07

Yeni tip koronavirus (COVID-19) infeksiyasına yoluxma səbəbindən xarici ölkələrdə həyatını itirən türkiyəlilərin sayı 50 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran məlumat verib. Nazir müavini bildirib ki, ölüm halları səkkiz ölkədə qeydə alınıb. Bundan başqa, daha 151 vətəndaşa COVID-19 diaqnozu qoyulub və nazirlik onların vəziyyətini yaxından izləyir.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR