Gürcüstanda koronavirusa yoluxanların sayı 81 nəfərə çatıb

27.03.2020 12:15

Gürcüstanda koronavirusla yoluxanların sayı artıb. Martın 27-si səhər saatlarında koronavirusa yoluxanların sayı 81 nəfər təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaratdığı ctopcov.ge saytı məlumat yayıb.

Məlumata deyilir ki, hazırda ölkədə 4427 nəfər karantin, 257 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Bildirilir ki, bu günədək 13 nəfər koronavirusdan müalicə olunub.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR