Ukrayna xaricdə qalan vətəndaşları üçün sərhədləri tam bağlayır

27.03.2020 09:43

Martın 27-dən Ukrayna xaricdə qalan vətəndaşları üçün də sərhədləri tam bağlayır. Buna səbəb koronavirus infeksiyasının sürətlə yayılmasıdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə videomüraciətində Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

Prezidentin sözlərinə görə, xaricdə qalan Ukrayna vətəndaşları ilə diplomatlar məşğul olacaq. 

"Martın 27-sinin sonundan Ukrayna sərhədləri tam bağlanacaq. İki həftə öncə vətəndaşlarımıza təcili qayıtmaqla bağlı müraciət etmişdim. Bu müraciətdən sonra əksəriyyəti öz təşəbbüsü ilə vətənə qayıtdı. 80 min ukraynalını isə dövlət evlərinə qaytardı”, - deyə Prezident əlavə edib.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR