İraqın şimalında və Suriyada 13 terrorçu zərərsizləşdirilib

26.03.2020 17:16

Türkiyə hərbçilərinin Suriya ərazisində "Fırat qalxanı” antiterror əməliyyatları keçirildiyi bölgədə PKK/YPG terror təşkilatlarının 5 üzvü məhv edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. İraqın şimalındakı Haftanin bölgəsində isə 8 PKK mənsubu zərərsizləşdirilib. Bu əməliyyat bölgədə iki türk hərbçisinin həlak olması ilə nəticələnən terrorçuların top atəşi atdıqları nöqtələrin susdurulması məqsədilə keçirilib.

Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında və Suriya ərazisində olduğu kimi ölkə daxilində də antiterror əməliyyatlarını davam etdirir.

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR