İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötüb

26.03.2020 15:28

İspaniyada sutka ərzində yeni növ koronavirusdan 655 nəfər ölüb.

CNN-in verdiyi xəbərə görə, bununla virusdan ölənlərin sayı 3600-ü keçib.

Beləliklə, İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötərək İtaliyadan sonra ikinci yeri tutub.

Qeyd edək ki, ölkədə koronavirus yoluxanların sayı 50 minə yaxınlaşıb.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 3287 nəfərdir.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR