Türkiyə ordusu İraqın şimalında iki şəhid verib

26.03.2020 09:21

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində antiterror əməliyyatı aparan birlikləri terrorçuların hücumuna məruz qalıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçuların top atəşi nəticəsində iki hərbçi şəhid olub, ikisi yaralanıb. Terrorçuların atəş nöqtələri susdurulub.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR