Koronavirus səbəbindən yaranan böhran səbəbindən İsveçdə 1,7 milyon vətəndaş işini itirə bilər.
AZƏRTAC İsveç KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin Maliyyə naziri Maqdalena Andersson bildirib.
Nazirin sözlərinə görə, yaranmış böhran İsveç hökumətini mövcud vəziyyətə uyğun olaraq büdcədə dəyişiklər etməyə və qəti addımlar atmağa vadar edir. Belə ki, böhranın İsveç iqtisadiyyatına təsirini azaltmaq üçün əvvəlcədən atılmış addımlarla yanaşı, əlavə tədbirlər planı da hazırlanıb.
İsveç Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, son iki həftə ərzində ölkədə rekord sayda insan işdən çıxarılıb. Qurumun məlumatına əsasən, bu, ölkənin son maliyyə böhranı zamanı üzləşdiyi problemin miqyasından bir neçə dəfə çoxdur. Dövlət Məşğulluq Xidməti iddia edir ki, bu ilin martında ölkədə 18 min 397 nəfər işdən çıxarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5 dəfə çoxdur.
Maliyyə naziri Maqdalena Andersson yaranmış vəziyyətin Krallığın müasir tarixdə qarşılaşdığı ən dərin böhran olduğunu bildirib.
© xezerxeber.azKoronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı? - AÇIQLAMA
Koronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı? - AÇIQLAMA
Estakadadan aşan sərnişinlə dolu avtobus havadan asılı qaldı - VİDEO
Vaksinasiya yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək
“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır
Peyvənd üçün istifadə edilən vaksinlər: Hansı daha effektivdir?
Ağdam Çörək muzeyi də erməni vandallığına məruz qalıb - FOTOLAR
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Azərbaycanda iki şirkətin rəhbəri həbs edilib - SƏBƏB - VİDEO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB