ABŞ-dan SENSASİYA: Nüvə müharibəsi planı işə salındı

21.03.2020 09:53

ABŞ tarixində ilk dəfə hökumətin yüksək rütbəli nümayəndələrinə bənzəri görülməmiş məhdudiyyətlər tətbiq ediləcək.

Koronavirusa qarşı ciddi mübarizə tədbirlərinin olmadığını görən hakim dairələr fövqəladə tədbirləri işə salıb. Plana əsasən ölkənin idarəedilməsi "ikinci dərəcəli nümayəndələr”ə həvalə ediləcək. Ölkənin "birinci dərəcəli nümayəndələri” isə koronavirus təhlükəsinin olmadığı ərazilərə yerləşəcək. "Newsweek” portalının məlumatına görə, əslində bu planın nüvə müharibəsi zamanı tətbiq edilməsi nəzərdə tutulmuşdu. Lakin pandemiyaya qarşı ciddi qabaqlayıcı tədbirlərin olmaması ABŞ-ı bu planı həyata keçirməyə məcbur edib.

Bildirilir ki, "çox gizli” sayılan plan barədə Pentaqonun müvafiq dairələrinə göstərişlər verilib. Pentaqon rəhbəri və Milli Təhlükəsizlik məsələləri üzrə katib Mark Esper fövqəladə vəziyyətin idarəolunması ilə bağlı "NORTHCOM” a səlahiyyətlər verib./publika.az

© xezerxeber.az


361 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR