Rusiyanın bütün ərazisində koronovirusla bağlı yüksək hazırlıq rejimi elan olundu

20.03.2020 21:37

Rusiyada koronovirusla mübarizə aparmaq məqsədilə yüksək hazırlıq rejimi elan olunub.

Yüksək hazırlıq rejiminə sonuncu olaraq İnquşetiya Respublikası qoşulub. Beləliklə, bu rejim ölkənin bütün ərazisini əhatə edir.

Qeyd edək ki, son məlumata görə, Rusiyada 253 koronavirusa yoluxma halı qeydə alınıb. Təkcə bir gün ərzində ölkənin 9 regionunda 54 xəstə, o cümlədən 33 nəfər Moskvada, 6 nəfər Yakutiyada, 4 nəfər Sankt-Peterburqda, Moskva, Ulyanovsk və Tümen vilayətlərinin hər birində 1 nəfər aşkarlanıb.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR