Gürcüstan bütün istiqamətlərə uçuşları dayandırır

20.03.2020 16:48

Gürcüstan sabahdan bütün ölkələrə uçuşları dayandırır.

"Sputnik Gürcüstan” bu barədə Gürcüstanhökumətinin sözçüsü İrakli Çikovaninin açıqlamasına əsasən xəbər yayır.

O, bu tədbirin koronavirus pandemiyasının yayılması təhlükəsinə görə görüldüyünü qeyd edib:

"Gürcüstan aviaşirkətləri vasitəsilə təşkil olunan uçuşların sabahdan tamamilə dayandırılması barədə qərar qəbul edilib”.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR