Dünyanın ən təhlükəsiz ölkəsində koronavirusa yoluxan ilk şəxs öldü

20.03.2020 16:25

Dünyanın ən təhlükəsiz ölkəsi hesab olunan İslandiyada koronavirusa ilk yoluxan şəxs ölüb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Martın 16-da 36 yaşlı Avstraliya sakini arvadı ilə İslandiyaya gəlib. Gəldikdən qısa müddət sonra həmin şəxsin vəziyyəti pisləşib. O, Husavik şəhərində yerləşdirildiyi xəstəxanada ölüb.

Onun meyitinin müayinəsi zamanı koronavirusa yoluxduğu müəyyən edilib. Lakin həkimlər ölümə koronavirusun səbəb olmadığı qənaətinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Mərhumun arvadında da koronavirus aşkar edilib.

Həmin qadın, ailə ilə ünsiyyət saxlayan qohumları və xəstəxana işçiləri karantinə alınıb.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR