Texasda günəş elektrik stansiyasının tikintisinə 250 milyon dollar ayrılır

20.03.2020 13:40

"Lightsource BP" müəssisəsi və digər investorlar Texasda "Impact Solar" günəş elektrik stansiyasının tikintisinə 250 milyon dollar sərmayə yatıracaq.

Bu barədə BP şirkəti xəbər verib.

Stansiyanın gücünün 260 MVt olması nəzərdə tutulur. Qeyd olunur ki, stansiyadan alınan elektrik enerjisi BP ilə uzunmüddətli saziş əsasında satılacaq.

Obyektin kommersiya istismarına 2020-ci ilin sonunda başlanması gözlənilir.

Xatırladaq ki, "Lightsource BP" günəş energetikası sahəsində irimiqyaslı layihələrin inkişafı və idarə olunması üzrə Avropanın ən iri şirkətidir və 50 faiz payı BP-yə məxsusdur./trend

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR