Türkiyə ordusu hücumlara ara vermir - Onlarla suriyalı əsgər öldü

29.02.2020 13:10

İdlibə təşkil edilən hücumdan sonra Türkiyə ordusunun həyata keçirdiyi cavab əməliyyatları zamanı daha 56 suriyalı əsgər zərərsizləşdirilib. Bununla da, son iki gün ərzində öldürülən suriyalı hərbçilərin sayı 360-ı ötüb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyatlar zamanı Suriya ordusuna məxsus 8 tank, 4 zirehli texnika, 5 ağır silah məhv edilib.

Xatırladaq ki, 2 gün əvvəl Suriya ordusunun hücumu nəticəsində İdlibdə 33 türkiyəli hərbçi həlak olub./publika.az

© xezerxeber.az


321 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR