Yunanıstan İtaliyaya təhsil səfərlərini dayandırıb

25.02.2020 16:34

Yunanıstan koronavirus səbəbindən İtaliyaya təhsil səfərlərini dayandırıb. Bununla bağlı qərarı Yunanıstanın Təhsil naziri Niki Kerameos qəbul edib. Qərarda İtaliyaya planlaşdırılan təhsil səfərlərinin dayandırılması, şagirdlərin Yunanıstana qayıtması bildirilir.

Xatırladaq ki, İtaliyada virusun yayılması qısa bir zamanda baş verib. Əsasən yoluxma ölkənin şimalında qeydə alınıb. İtaliya hökuməti xəstəliyin ölkəboyu yayılmaması üçün profilaktik tədbirlər həyata keçirir.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR