İraqda İŞİD liderinin silahdaşları məhv edilib

24.02.2020 16:55

İraqın şimalında, Kərkük vilayətində təhlükəsizlik qüvvələri terrorçulara qarşı əməliyyat keçirib.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı İŞİD terror təşkilatının liderinə yaxın olan 3 terrorçu məhv edilib.

Eyni zamanda, əməliyyat zamanı 7 terrorçu həbs olunub.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR