ABŞ-dan "Yaşıl kart"la bağlı sərt qayda: Bundan sonra...

23.02.2020 13:51

ABŞ-da bazar ertəsindən başlayaraq ölkədə daimi yaşamaq üçün icazənin ("Yaşıl (Qrin) kart") yeni qaydalara əsasən verilməsinə başlanılacaq.

Bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Yeni qaydalar dövlət təminatından yararlanmaq istəyənlər üçün daha sərt olacaq.

"Daxili Təhlükəsizlik Nazirliyi bazar ertəsindən etibarən yeni qanunvericiliyin tətbiqinə başlayacaq. Qanunvericiliyə əsasən, cəmiyyətin yeni üzvləri özlərini maliyyələşdirməlidirlər”, - Ağ Evin məlumatında qeyd olunub.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR