Əsəd qoşunları İdlibi bombaladı - Türkiyə ordusu şəhid verdi

23.02.2020 12:44

İdlibdə Türkiyə hərbçisi şəhid olub.

XəzərXəbər Modern.az-a istinadən bu barədə Qaziəntəp əyalətinin hökuməti "Tvitter"də məlumat verib.

"Əsəd rejiminin gücləri tərəfindən İdlib rayonunda buraxılan bombanın partlaması nəticəsində hərbçimiz həyatını itirib”,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, son günlər Suriyada vəziyyət son dərəcə gərgindir. Gərginliyə səbəb türk yönümlü silahlıların Suriya şəhərlərini atışmaya tutmasıdır.

© xezerxeber.az


285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR