İstanbulda bina çökdü

23.02.2020 12:22

Bu gün Türkiyənin ən böyük şəhəri olan İstanbulda bina çöküb.

Hadisə şəhərin mərkəzi hissələrindən biri olan Beyoğlunda baş verib. Səhər saatlarında güclü gurultu səsi eşidən sakinlər qonşu binanın daxili hissəsinin çökdüyünü görüblər. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Dağıntlılar altında kimsənin qalmadığı, binada ümumiyyətlə yaşayışın olmadığı məlum olub.

Təhlükəsizlik məqsədi ilə ərazidən piyada və nəqliyyatın hərəkətinə qadağa qoyulub./publikaşaz

© xezerxeber.az

FOTOQALERIYA






106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR