Əsəd türk ordusuna BELƏ HÜCUM ETDİ - Gizli danışıq ortaya çıxdı

22.02.2020 17:15

Suriya rejimi İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi müşahidə məntəqələrini hədəf alıb.

Bu barədə "The Telegraph” xəbər verir.

"Rehimə" aid kabelsiz telefonlardan eşidilən danışıqlara əsasən, türk ordusunun müşahidə məntəqələri ilə yanaşı, dinc sakinlər də hücumun hədəfinə çevrilib.

Qəzetə müstəqil fəallar qrupu olan Makro Media Mərkəzi (MMC) tərəfindən ötürülən danışıqlarda rejimin topçu əsgərinin silah yoldaşına "Somar, mənə türk müşahidə məntəqəsinin koordinatlarını göndər” dediyi, qarşılığında "Sübhi, qarşında, solda. 07215313” cavabını aldığı deyilir.

Qeyd edək ki, rejim qüvvələri Hələb şəhərinin qərbində yerləşən Ətarib rayonuna bağlı Mizanaz tərəfdəki müşahidə məntəqəsinə 12 fevral tarixində bu danışıqlardan qısa müddət əvvəl hücum təşkil etmişdi. Nəticədə ölən və yaralanan olmamışdı.

"Foreign Policy” araşdırma institutunda işləyən Suriya üzrə mütəxəssis Elizabet Tsurkov "The Telegraph”a verdiyi açıqlamada Əsəd rejiminə sadiq qüvvələrin müxtəlif bəhanələrlə türk müşahidə məntəqələrini hədəf almasının bu qədər açıq şəkildə dilə gətirilməsini dəhşətverici adlandırıb./publika.az

© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR