Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Trampın tərəfdarı Rocer Stoun həbs edilib

21.02.2020 12:57

Federal hakim fevralın 20-də ABŞ Prezidenti Donald Trampın seçkiqabağı kampaniyasının siyasi texnoloqu və keçmiş müşaviri Rocer Stounu 40 ay müddətinə həbs cəzasına məhkum edib.

AZƏRTAC xəbər verir ki, Stoun 2016-cı ildə ABŞ-da prezident seçkilərinə Rusiyanın mümkün müdaxiləsinə dair ötən ilin payızında ABŞ Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində ona qarşı sürülən ittihamın yeddi maddəsi üzrə təqsirli bilinib.
Dairə hakimi Emi Barman Cekson Stounu 3 il 4 ay müddətinə dəmir barmaqlıq arxasına göndərməklə bərabər, ona həbsxanadan çıxandan sonra ikiillik sınaq müddəti verib, 20 min dollar məbləğində cərimə ödəməyi öhdəsinə qoyub. Stoun Konqresə iki dəfə yalan ifadə verməkdə, şahidlərin ifadə vermələrinə və Nümayəndələr Palatasının təhqiqatına mane olmaqda təqsirləndirilib. Amma Stouna çıxarılan hökm prokurorun tələb etdiyi cəzadan xeyli yüngül olub. İttihamçılar onun üçün 7 ildən 9 ilədək həbs cəzası tələb ediblər. Lakin ABŞ-ın Baş prokuroru Uilyam Barr işə müdaxilə edəndən sonra həmin müddət azaldılıb.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

03.04.2020 14:21

Sabah da yağış yağacaq

ÇOX OXUNANLAR