Yeni fəlakət Çinin qapısında: 150 km sürətlə istilaya gedirlər

17.02.2020 16:26

Afrika və bəzi Asiya ölkələrini istila edərək fövqəladə vəziyyətə səbəb olan çəyirtkə sürüləri yeni təhlükə yaradıb.

150 km sürətlə hərəkət edən və 1 gündə 35 min nəfərə kifayət edəcək qədər qidaya zərər vuran çəyirtkələrin 2-3 ərzində Çinə çatacağı və onsuz da, koronavirusla iqtisadiyyatı zərbə almış ölkəni qıtlıqla üz-üzə qoyacağı ehtimal olunur.

Efiopiya, Keniya, Uqanda, Tanzaniya və Somalidə təsərrüfat sahələri ciddi zərər görüb. Efiopiyanın 9 əyalətindən 4-də qırmızı təhlükə səviyyəsi elan olunub.

Birləşmiş Millətlər Təşkilatı nəzarətə götürülməməsi təqdirində çəyirtkələrin bu ölkələrə ciddi qıtlıq yaşadacağı xəbərdarlığını edib.

Səudiyyə Ərəbistanı, Oman, Sudan və Pakistanı da təsirinə alan istila 400 milyard çəyirtkənin iştirakı ilə Hindistana doğru irəliləyir. Hazırda 700 min hind əsgəri çəyirtkə istilası ilə mübarizə üçün səfərbər edilib./publika.az

© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR