İran və İraqdan Qasım Süleymani qərarı - Hərəkətə keçdilər

17.02.2020 15:50

İran və İraq general Qasım Süleymaninin öldürülməsinin hüquqi tərəfinin araşdırılması üçün birgə komitə quracaq.

Bu barədə İranın Ədliyyə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, hadisə beynəlxalq hüquq çərçivəsində araşdırılacaq. İran və İraq artıq bununla bağlı razılığa gəlib. Komitədə hər iki ölkədən nümayəndələr iştirak edəcək.

Qeyd edək ki, yanvar ayının 3-də Bağdadda ABŞ ordusunun hücuma nəticəsində iranlı general Qasım Süleymani və daha 10 nəfər həlak olub./publika.az

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR