Moskvadakı Müqəddəs Nikolay məbədində dindarlara basqın olub

16.02.2020 14:44

Fevralın 16-da səhər saatlarında Moskvadakı Müqəddəs Nikolay məbədində dindarlara basqın olub.

26 yaşlı Lipetsk sakini məbəddə olan dindarlara basqın edərək iki nəfəri bıçaqla yaralayıb. Rusiya DİN-in rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, basqın edən şəxs saxlanılıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb. (AZƏRTAC)

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR