Rusiyaya ittiham, Türkiyəyə dəstək – Almaniyadan kritik açıqlama

14.02.2020 14:37

"Suriyadakı Bəşər Əsəd rejimi qəddarlıqla müdafiəsiz insanları hədəf alır”.

Bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

Nazir hazırda İdlibdə gərginliyin dramatik şəkildə artdığını, fəlakət həddinə çatdığını bildirərək, rejim ordusundan hücumları dayandırmasını tələb edib.

Maas gərginliyin azaldılması üçün Rusiya və Türkiyə arasında əldə olunmuş anlaşmaların işə yaramadığını bildirib.

O, Əsəd rejiminin Rusiyanın dəstəyindən sui-istifadə etiyini də vurğulayıb./teleqraf

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR