Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İran nüvə tədqiqatlarını davam etdirəcək

14.02.2020 14:19

İran "Nüvə sazişi” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri bir kənara qoyaraq nüvə tədqiqatlarını davam etdirəcək.

Bu sözlər İran hökumətinin rəsmi internet saytında yer alıb. Bildirilir ki, iqtisadi sanksiya və siyasi təzyiqlərlə üz-üzə qalan İran saziş çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcək və uranın zənginləşdirməsini davam etdirəcək. Bunula yanaşı, İran "Nüvə sazişi”ni imzalayan dövlətlər və Atom Enerjisi üzrə Beynəlxalq Təşkilat ilə əməkdaşlığını da davam etdirəcək.

Qarşı tərəf öhdəlikləri yerinə yetirmədiyi təqdirdə İran da öz öhdəliklərini yerinə yetirməyəcək.
Hökumətin rəsmi saytında o da vurğulanıb ki, ancaq İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırılarsa o zaman İran nüvə proqramına yedinən baxar və öhdəliklərini yerinə yetirər. (AZƏRTAC)

© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR