Bu şəhərdə motosiklet sürmək qadağan olunub

28.01.2020 17:43

Nigeriyanın iqtisadi mərkəzi və köhnə paytaxtı olan Laqos şəhərində motosiklet sürmək qadağan edilib.

Xezerxeber.az xəbər verir ki, buna səbəb şəhərdə qəzaların və cinayətlərin saylarının artmasıdır.

Qeyd edilib ki, 2016-2019-cu illərdə qəzaların çoxu motosikletlərin iştirakı ilə baş verib. Həmçinin silahlı quldur dəstələrinin əksəriyyəti cinayət törədərkən motosikletdən istifadə edib.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR