İranda ağır AVTOBUS QƏZASI: 9 ölü, 18 yaralı

28.01.2020 09:58

Səhər saatlarında İranda ağır yol qəzası baş verib.

Səhər saat 4:40 radələrində İsfahan vilayətində Tehran-Şiraz avtobusunun aşması nəticəsində 9 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın dəqiq səbəbi bəlli olmasa da, ilkin ehtimal kimi sürücünün sükan arxasında yuxulaması irəli sürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır./publika.az

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR