“Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb

27.01.2020 19:02

Əfqanıstanda ABŞ-a məxsus olduğu bildirilən təyyarənin vurulmasına görə məsuliyyəti "Taliban” hərəkatı öz üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə "Ariana News” telekanalı məlumat yayıb.

"Taliban” təyyarənin vurulduğunu təsdiqləyib.

Xatırladaq ki, bu gün səhər Qəzni vilayətinin mərkəzisində, "Taliban” qüvvələrinin nəzarət etdiyi ərazidə təyyarə qəzası baş verib.1TVNews telekanalının məlumatına görə, bu, hərbi təyyarə olub və koalisiya qüvvələri tərəfindən istifadə olunub. Bundan əvvəl, hadisə şahidlərinin məlumatına görə, yerli sakinlər əcnəbi pilotun meyitini tapıblar. Təyyarədə 15 nəfərin olduğu bildirilir.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR