Tramp sirlərini açan keçmiş müşavirinə cavab verdi: "Satmaq üçün..."

27.01.2020 15:13

Keçmiş təhlükəsizlik müşaviri Con Boltonun yeni kitabında Ukraynaya aid iddialara yer verməsi onu satmaq üçün piar məqsədi daşıyır.

"Gazeta.ru" xəbər verir ki, bunu Prezident Donald Tramp məsələ ilə bağlı açıqlamasında deyib.

Tramp bildirib ki, o, heç vaxt keçmiş məsləhətçiyə Ukraynaya yardımın Co Bayden və oğlu da daxil olmaqla, demokratlara qarşı aparılan istintaqlarla əlaqəli olduğunu deməyib: "O, işdən çıxarıldığı zaman bu barədə şikayət etmədi. Boltonun bu sözləri indi söyləməsi yalnız kitabı satmaq üçün piar məqsədi daşıyır”.

Amerika prezidenti qeyd edib ki, bu prosesdə yeganə dəlil Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarının qeydləri, həmçinin, Ukrayna lideri və ölkənin Xarici İşlər nazirinin Trampdan "təzyiq olmadığını" təsdiq etməsi ola bilər.

Qeyd edək ki, Con Bolton martda işıq üzü görəcək "Hadisənin baş verdiyi otaq" ("The Room Where It Happened") kitabında ABŞ Prezidenti Donald Trampın prezident seçkilərindəki rəqibi Conatan Bayden və oğlunun keçmişinə dair istintaqın başlamasına qədər Ukraynaya hərbi yardımın dayandırılmasını istədiyini qeyd edib./publika.az

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR