Türkiyədəki zəlzələdən sonra Avropa Birliyindən “Copernicus” qərarı

26.01.2020 10:11

Avropa Birliyi Türkiyənin Elazığ vilayətində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra "Copernicus” peyk görüntü sistemini aktivləşdirib.

Bu barədə Avropa Birliyindən məlumat verilib. Bildirilib ki, qurum Türkiyənin tələbindən sonra peyk görüntü sistemini aktiv edib. Məlumata görə, bu addım xilasetmə əməliyyatlarına dəstək üçün atılıb.

Açıqlamaya görə, Avropa Birliyi Türkiyədəki vəziyyəti yaxından izləyir və əlavə dəstək verməyə hazırdır.

Qeyd edək ki, Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 31 nəfər həyatını itirib. 1556 nəfər xəsarət alıb./publika.az

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR