Gürcüstanda tikiləcək yeraltı anbar Azərbaycan qazının hesabına doldurulacaq

25.01.2020 22:03

Gürcüstanda yeraltı qaz anbarı 2024-cü ildə istifadəyə veriləcək. Anbar Azərbaycandan alınacaq təbii qazın hesabına doldurulacaq.

Bunu Gürcüstanın Neft-Qaz Korporasiyasının rəhbəri Qeorqi Baxtadze deyib.

Onun sözlərinə görə, ölkədə ilk yeraltı qaz anbarının tikintisi 2021-ci ildə planlaşdırılmışdı. Lakin bu çox çətin layihə olduğu üçün ciddi texniki işlər tələb edir. Ona görə də mütəxəssislər yenidən hər bir məsələni xırda detallarına qədər öyrənib, texniki-iqtisadi əsaslandırma hazırlanıb. Bu da çox uzun vaxt aparıb.

Q.Baxtadze deyib: "Cari ilin birinci rübündə qaz anbarının tikintisi ilə bağlı tenderin qalibi müəyyən olunacaq və ilin ikinci yarısında isə anbarın tikintisinə başlanılacaq. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR