Hələbə hücum edlib, 11 nəfər ölüb, 30 nəfər yaralanıb

25.01.2020 12:14

Suriyanın Hələb şəhəri silahlı dəstələr tərəfindən atəşə tutulub. Nəticədə 11 nəfər ölüb, 30 nəfər yaralanıb.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, hücumun məqsədi şəhərin qərbində yerləşən hökumət qüvvələrinin mövqelərini məhv etmək olub.

Belə ki, 70-ə qədər yaraqlı avtomobillərə quraşdırılmış iriçaplı pulemyotlarla Binyamin bölgəsini aramsız atəşə tutub. Cavab atəşindən sonra qarşı tərəf geri çəkilməyə məcbur olub.

Hücum zamanı qadın və uşaqlar da daxil olmaqla, 8 mülki vətəndaş, 3 hərbçi öldürülüb, 20-dən çox insan yaralanıb.

Son günlər daha da fəallaşan silahlı dəstələr Hələbdən başqa, Latakiya, İdlib və Həma əyalətlərinə də hücumların sayını artırıblar.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR