Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumət üzvlərini təsdiq edib

25.01.2020 10:28

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Özbəkistan Respublikası hökuməti üzvlərinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb. 

Xezerxeber.az xəbər verir ki, fərmana əsasən, Abdulla Aripov Özbəkistanın Baş naziri təsdiq edilib. Digər fərmanlarla Açilbay Ramatov Baş nazirin birinci müavini, Camşid Kuçkarov Baş Nazirin müavini, maliyyə naziri, Əziz Abduxakimov Baş Nazirin müavini, Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri, Elmira Basitxanova Baş Nazirin müavini, Qadınlar Komitəsinin sədri təyin olunublar.

Prezidentin Fərmanı ilə 22 nazir və dövlət komitələrinin sədrləri də təyin edilib.

Bununla da Özbəkistan parlamenti Ali Məclisə və Senata seçkilər keçirildikdən sonra istefa verən hökumət tam formalaşıb.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR