Fransada koronavirus daşıyıcıları aşkarlanıb

25.01.2020 09:14

Fransada 2 koronavirus daşıyıcısı aşkarlanıb.

Fransanın səhiyyə naziri Anyes Büzen Paris və Bordo şəhərlərində 2 koronavirus daşıyıcısının aşkarlandığını bildirib. Qeyd edib ki, yanvarın 23-də Bordo şəhərində 48 yaşlı bir nəfər simptomlara görə həkimə müraciət edib. Mənşəcə çinli olan həmin şəxs işlə bağlı Çinin Vuhan şəhərindən keçib. Fransaya qayıtdıqdan sonra onun 10-a qədər digər insanlarla kontaktda olduğu vurğulanıb. Həmin şəxs izolyasiya edilmiş otağa yerləşdirilib.

Parisdən olan pasiyentin də Çində olduğu, onun Bişa xəstəxanasına yerləşdirildiyi qeyd edilib.

Səhiyyə Nazirliyi son günlər Çində səyahətdə olan şəxslərə müraciətində, temperatur olduğu və nəfəs borusu ilə bağlı kiçik əlamətlər hiss etdikləri təqdirdə, təcili yardıma zəng etməməyi, həkimə getməməyi və evdən çıxmamağı məsləhət görüb. Bu əlamətləri hiss edən insanlara birbaşa 15 nömrəli qaynar xəttə zəng etmək tapşırılır. (AZƏRTAC)

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR