Koronavirusdan ölənlərin sayı 41-ə yüksəlib

25.01.2020 09:09

Çində aşkarlanan koronavirusun indiyədək müəyyən olunmamış növünə (2019-nCoV) yoluxanların sayı dünya üzrə 1316 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, Çində virusa yoluxanların sayı 1297 nəfərə, ölüm hallarının sayı isə 41-ə yüksəlib.

Avstraliya, Fransa və Nepalda da koronavirusun yeni növünə yoluxma faktları qeydə alınıb. Bundan əvvəl isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənmişdi.

Koronavirusun səbəb olduğu sətəlcəmin yayılmasına qarşı mübarizə tədbirləri üçün virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətinə ölkənin digər şəhərlərindən minə yaxın tibb işçisi ezam olunub. Bundan başqa, Çin silahlı qüvvələrinin 450 nəfərlik tibbi heyəti də Uxan şəhərinə göndərilib.

Çin Kommersiya Nazirliyinin himayəsi altında Xubey vilayətinə ərzaq, gündəlik tələbat malları, tibbi ləvazimatların göndərilməsinə başlanılıb.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR