Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Nazirlər Kabinetinə 6 qadın gətirildi - REKORD

23.01.2020 14:52

Livanın yeni hökuməti həm qadın nazirlərin sayı, həm də Müdafiə Nazirliyinə qadın başçını gətirməsilə Yaxın Şərqdə ilkə imza atıb.

Həsən Diyabın 20 nəfərlik Nazirlər Kabineti təsdiqlənib.

Yeni hökumətin 30%-i qadınlardan ibarətdir. Müdafiə naziri vəzifəsinə isə xristian ailədən gələn Zeynə Akər Adra gətirilib. Adra, eyni zamanda baş nazirin müavini olacaq.

Bundan başqa, İnformasiya Texnologiyaları naziri Mənal Abdüsəməd, Gənclər və İdman naziri Fərtinyə Uhanyan, Ədliyyə naziri Mari Kloud Nəcm, Əmək naziri Ləmya əd-Düveyhi, Miqrasiya naziri Qada Şürəym təyin olunub.

Qeyd edək ki, ölkədəki müsəlman və xristian qruplarının yaratdığı 30 nəfərlik Milli Birlik Hökuməti iqtisadi böhran səbəbilə başlayan aksiyalardan sonra ötən ilin 29 noyabrında istefaya getmişdi.

Xatırladaq ki, buna qədər qadın nazir rekordu 29%-lə Birləşmiş Ərəb Əmirliklərində idi./Publika.az

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR