Misirdə bir sıra terror hücumları planlaşdıran qrup tutulub

23.01.2020 08:31

Misir Daxili İşlər Nazirliyi çərşənbə günü ölkədə inqilabın ildönümü ərəfəsində terror hücumu planlaşdıran və ölkədə qadağan edilən "Müsəlman Qardaşlar” qruplaşması ilə əlaqəli qrup üzvlərinin tutulduğunu açıqlayıb.

Xezerxeber.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları qrup üzvlərini ölkənin şimalındakı Kalyubiya əyalətinin Tux şəhərində saxlayıblar.

Qrup üzvlərindən terror aktlarını həyata keçirmək məqsədilə istifadə ediləcək silah və partlayıcı maddələr, o cümlədən "RPQ”, snayper tüfəngləri aşkar edilib. Həmçinin kameralar, kompüterlə idarə olunan dronlar, məşhur "Joker” xarakterini əks etdirən maskalar, o cümlədən digər vadanlıqlar müsadirə edilərək götürülüb.

Misir Baş Prokurorluğu şübhəlilərin işlərini araşdırır. Digər qrup üzvlərinin də axtarıldığı bildirilib.

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR