Trampdan Davosda GÖZLƏNİLMƏZ ÇIXIŞ: 1 trilyon...

21.01.2020 18:42

"Bu gün ABŞ-ın dünyanın daha əvvəl şahid olmadığı səviyyədə iqtisadi partlayışla işğal edilmiş vəziyyətdə olduğunu elan etməkdən qürur duyuram”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Davos Ümumdünya İqtisadi Forumunun 50-ci zirvəsində səsləndirib.

Çıxışında rekord səviyyədə aşağı işsizlik rəqəmlərinə, bazar gəlirlərinə, Çinlə imzalanan razılaşmaya, Senatın təsdiqlədiyi ABŞ-Meksika-Kanada müqaviləsinə toxunan Tramp ölkəsində iqtisadi səviyyənin möhtəşəm olduğunu dilə gətirib: "Amerika böyüyür, zənginləşir, əvvəl olmadığı qədər qazanır”.

Donald Tramp həmçinin, Dünya İqtisadi Forumunun Yer kürəsində 1 trilyon ağacəkmə təşəbbüsünə qatılacaqlarını vurğulayıb.

Qeyd edək ki, Tramp əvvəlki çıxışlarında iqlim dəyişikliyinə inanmadığını bildirmiş və ABŞ-ı Paris İqlim Müqaviləsindən çıxarmışdı./publika.az

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR