Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rus bazasına hücum – Nazirlikdən kritik açıqlama

20.01.2020 17:16

Pilotsuz Uçan Aparatlar (PUA) Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasına hücuma cəhd edib.

Bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumatda eyni zamanda Xmeymim hava limanını da hədəf alındığı, PUA-ların Rusiya hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirildiyi bildirilib.

Məsələ ilə əlaqədar açıqlama verən Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiq edib. Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin bazaya hücuma cəhd edən 3 ədəd PUA-nı təsbit etdiyi qeyd olunub.

Hücumun kim tərəfindən təşkil olunduğu açıqlanmayıb./teleqraf

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR