Koalaların nəsli kəsilə bilər - Avstraliyadakı yanğınların yeni fəsadı

19.01.2020 17:50

Avstraliyada genişmiqyaslı yanğınlar milyonlarla heyvanın həyatına son qoyub ki, bunların da arasında minlərlə koalaolub.

"Metro.co.uk" nəşri bildirir ki, qitəyə çoxdan gözlənilən leysan yağışları yağıb, lakin bu, koalaların ölümünə gətirib çıxacaq daha bir amil oldu.

Belə ki, adətən kisəlilər suyu yarpaqlardan alırlar. Lakin uzun sürən yanğınlardan sonra bitki çatışmazlığı yarandığı üçün, heyvanlar adət etdikləri yaşayış yerlərini tərk etməyə məcbur olurlar. Əksər koalalar insanlar yaşayan ərazilərə gəlirvə yola çıxırlar.

Bəziləri suyu birbaşa asfaltdan yalayaraq özlərini təhlükəaltında qoyurlar. Belə ki, bu zaman onları tez-tez maşın vurur. Bundan əlavə, koalalara itlər də hücum edirlər, onlarda xəstəliklər yaranır, eləcə də kisəlilər stress yaşayırlar.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR