Misirdə 439 məhkum azadlığa buraxıldı

18.01.2020 17:48

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin fərmanı ilə 439 məhkum azadlığa buraxılıb. Belə ki, ölkə həbsxanalarına cəzasını çəkən 88 məhkum əfv edilib, daha 351 nəfər isə cəzadan şərti olaraq azad edilib.

Xezerxeber.az xəbər verir ki, Misirin Daxili İşlər Nazirliyinin məlumatında dövlət başçısının fərmanının Nazirlər Kabinetinə göndərildiyi və bundan sonra onun icrasına başlanıldığı bildirilib. Qeyd olunub ki, insan alveri, terrorizm, narkotik maddələrin qaçaqmalçılığı və qəsdən adamöldürmə kimi cinayətləri törədənlər əfv fərmanına daxil edilmir.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR