Fransada nümayişçilər Prezidentin olduğu teatra soxulmağa cəhd ediblər

18.01.2020 17:30

Yanvarın 17-də axşam Parisin "Des Bouffes du Nord” teatrında "Milçək” pyesinin təqdimatına tamaşa edən Fransa Prezidenti Emmanuel Makron mədəniyyət ocağından polisin köməyi ilə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Prezidentin "Milçək” pyesinin təqdimatında olduğundan "Twitter” vasitəsilə xəbər tutan nümayişçilər teatra soxulmağa cəhd ediblər. Nümayişçilərin cəhdinin qarşısı alınıb və Prezidentin təhlükəsizliyi təmin olunub.

Prezidentin teatrda olduğunu sosial şəbəkədə yayan jurnalist Taha Bouhafs isə polis tərəfindən saxlanılıb.

© xezerxeber.az

FOTOQALERIYA






126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR