Fransa şirkəti ABŞ helikopterlərinin təmirini həyata keçirəcək

17.01.2020 16:55

ABŞ-ın Müdafiə Nazirliyi 5 ədəd UH-72 helikopterinin təmir işlərini həyata keçirmək, eləcə də helikopterlər üçün Federal Aviasiya İdarəsinin sertifikatının tələblərinə cavab vermək üçün "Airbus Helicopters” şirkəti ilə müqavilə imzalayıb.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, müqavilənin dəyəri 37,7 milyon dollar təşkil edir.

Qeyd edək ki, UH-72 "Lakota” ABŞ ordusunun çoxməqsədli helikopteri hesab olunur. Müqaviləyə əsasən, işlər 2025-ci ilin yanvarınadək başa çatmalıdır.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR