Hulusi Akar: Türkiyənin məqsədi Liviya və İdlibdə siyasi sülhə nail olmaqdır

15.01.2020 16:44

Türkiyənin məqsədi, göstərdiyimiz səylər Liviya və İdlibdə siyasi sülhə, sabitliyə, axan qanın qarşısını almağa nail olmaqdır.

Xezerxeber.az xəbər verir ki, bu fikri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib. O bildirib ki, Liviyada atəşkəsin qorunması üçün cəhdlər davam etdirilir.

Atəşkəsin və sülhün alternativi olmadığını qeyd edən nazir vurğulayıb ki, Berlində Liviya ilə bağlı keçiriləcək konfransdan müsbət nəticə gözlənilir.

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR