ABŞ istənilən halda İraqdan çıxmayacaq

15.01.2020 16:21

İraq mövqeyini dəyişməsə ABŞ ayırdığı 250 milyon dollar həcmindəki yardımı rəsmi Bağdada verməyəcək.

Dekabr ayında İraq parlamenti başqa dövlətlərin hərbi hissələrinin ölkədən çıxması haqqında qanun qəbul etdikdən sonra Bağdad-Vaşinqton münasibətlərində gərginlik yaranıb. Hətta Prezident Donald Tramp İraqa qarşı ciddi iqtisadi sanksiyaların tətbiq oluna biləcəyi haqqında xəbərdarlıq edib.

Rəsmi Vaşinqton İraqı ABŞ banklardakı hesablarını bağlamaqla da hədələyib. İraq neft satışından əldə etdiyi vəsaitləri Amerika banklarında saxlayır. Lakin ABŞ administrasiyası onu da nəzərə çatdırıb ki, İraq parlamenti qanunu ləğv etsə və ABŞ hərbçilərinə İraqda qalmağa icazə verilsə, onda əməkdaşlıq davam edəcək.

ABŞ və İraq mətbuatında dərc olunan materiallara əsasən ABŞ istənilən halda İraqdan çıxmayacaq və bütün təsir imkanlarından istifadə edərək məqsədinə nail olacaq. Regionu təsir altında saxlamaq və İrana qarşı planlarını həyata keçirmək üçün ABŞ İraqda hərbi bazalarını saxlayacaq.

Hələlik tərəflər kompromis variant axtarırlar. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə zaman göstərəcək.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR