İran itkilərinin məbləğini açıqladı – 100 milyardlarla dollar

15.01.2020 15:59

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bölgədə yaranmış gərginliyin ölkə iqtisadiyyatına vurduğu ziyan barədə danışıb.

Bu barədə "The Economic Times” xəbər yayıb.

"İran mövcud gərginliklər səbəbindən yüz milyardlarla dollar itkiyə məruz qalıb”, – deyə Cavad Zərif bildirib.

O, həmçinin əlavə edib ki, Yaxın Şərq regionunda vəziyyəti normallaşdırmaq lazımdır.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiya siyasətinə son verməsinin şərtlərini açıqlamışdı./teleqraf

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR