Haftar saziş imzalamadı, Lavrov isə “son deyil” deyir...

15.01.2020 15:35

Moskvada Liviya ilə bağlı aparılan danışıqlara heç vaxt yekun həll kimi baxılmayıb, amma onlar sülh prosesinin irəliləməsi üçün lazımdır.

Bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.

Qeyd edək ki, 13 yanvarda Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Moskvaya səfər edərək, görüş keçirib. Rusiya və Türkiyənin vasitəçiliyi və iştirakı ilə baş tutan görüşün sonunda tərəflərə atəşkəs haqqında müqaviləni imzalamaq təklif edilsə də, Haftar bir gün vaxt istəyib. Amma gecə Haftar müqaviləni imzalamadan Moskvanı tərk edib./axar.az

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR