Ruhani ABŞ və Avropanı müharibə ilə hədələdi - İRAN ÇALXALANIR

15.01.2020 15:26

"Bu gün ABŞ əsgərləri təhlükəzlikdə deyil. Sabah Avropa əsgərləri də təhlükəsizlikdə olmaya bilər”.

Bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

Prezidentin paytaxt Tehranda Nazirlər Kabineti toplantısındakı çıxışını İran Dövlət Televiziyası yayımlayıb.

Ruhani çıxışında bu sözlərə yer verib: "Biz bölgədə təhlükəsizlik probleminin yaşanmasını istəmirik. Bu bölgədən savaşmadan, ağıllı şəkildə çıxın. Bu gün ABŞ əsgərləri təhlükəzlikdə deyil. Sabah Avropa əsgərləri də təhlükəsizlikdə olmaya bilər. Gəlin, nüvə razılaşmasına sadiq qalaq. ABŞ bu razılaşmadan geri çəkilməklə regional təhlükəsizliyi sual altında qoydu. Bölgədəki təhlükəsizlik problemi də ABŞ, Avropa və dünyanın təhlükəsizliyinə mənfi təsir göstərir”.

Ruhani İranın hərbi rəsmilərini Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin raketlə vurulmasına dair reallıqları ictimaiyyətə açıqlamağa çağırıb. Xalq idarəçilərindən səmimi və sadiq davranış gözləyir. Mən baş qərargah və hərbi qüvvələrdən rica edirəm. Əvvəlindən axırına qədər hadisənin detallarını xalqa açıqlayın. Xalqdan üzr istəyək. Mən İran-İraq müharibəsində 7 il boyunca müdafiə sistemlərindən məsul şəxs idim. Nə müharibə, nə də İran tarixində belə hadisə görülmüşdü”.

Qeyd edək ki, yanvarın 8-də Ukraynaya məxsus sərnişin təyyarəsinin raket zərbələri ilə vurulması İran xalqını ayağa qaldırıb./publika.az

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR