Milyonların gözlədiyi qərar: Türkiyədə 3 ildən sonra...

15.01.2020 13:32

Türkiyədə 3 il əvvəl girişinə qadağa qoyulmuş Vikipediya elektron ensiklopediyası tezliklə fəaliyyətini davam etdirəcək.

Türkiyə Konstitusiya Məhkəməsinin bununla bağlı çıxardığı qərar İnformasiya Texnologiyaları və Rabitə Qurumuna göndərildikdən sonra Vikipediya əhalinin istifadəsinə veriləcək.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Konstitusiya Məhkəməsi Vikipediyaya girişə qoyulmuş qadağanın ifadə azadlığına əngəl törətməsi haqda qərar çıxarıb.

Məlumat üçün bildirək ki, 2017-ci il aprelin 29-dan etibarən Türkiyədə Vikipediyaya girişə qadağa qoyulub. Buna səbəb kimi Vikipediyada terroru dəstəkləyən yazıların olması göstərilib./Axar.az

© xezerxeber.az


275 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR